RİM-də “Süni intellekt dövründə kibertəhlükəsizlik” mövzusunda maarifləndirici məruzə keçirilib

RİM-də “Süni intellekt dövründə kibertəhlükəsizlik” mövzusunda maarifləndirici məruzə keçirilib

Rəsmi mənbə

UNEC Rus İqtisad Məktəbində (RİM) “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının müəllimi Lamiyə Tahirovanın təqdimatında “Süni intellekt dövründə kibertəhlükəsizlik” mövzusunda maarifləndirici məruzə təşkil olunub.

Məruzə zamanı süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda kibertəhlükəsizliyin əhəmiyyəti, eləcə də rəqəmsal mühitdə şəxsi məlumatların qorunması məsələlərinə toxunulub.

L.Tahirova çıxışında xüsusilə gənclərin süni intellekt platformalarından həddindən artıq istifadə etməsinin və bu platformalara kor-koranə etibar göstərməsinin şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı riskləri artırdığını vurğulayıb. O, süni intellektin yaratdığı imkanların gənclərin bilik və bacarıqlarının artırılması, peşəkar inkişafı baxımından da əhəmiyyətini qeyd edib.

Həmçinin, süni intellektin imkanlarından səmərəli istifadə ilə kibertəhlükəsizlik tələbləri arasında tarazlığın qorunmasının vacibliyini diqqətə çatdırıb.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadənin əhəmiyyəti vurğulanıb.

Xəbərlər