UNEC-də “Zəfər Həftəsi” çərçivəsində intellektual yarış keçirilib

UNEC-də “Zəfər Həftəsi” çərçivəsində tələbələrin intellektual potensialının üzə çıxarılması, məntiqi düşünmə və operativ qərarvermə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də komandalar arasında sağlam rəqabətin təşviqi məqsədilə intellektual yarış təşkil olunub.
Yarışda iştirak edən komandalar müxtəlif sualları cavablandıraraq biliklərini, məntiqi təfəkkürlərini və çevikliklərini nümayiş etdiriblər. Gərgin rəqabət şəraitində keçən yarış boyunca iştirakçılar düzgün və sürətli qərarlar verməyə çalışaraq komanda şəklində işləmək bacarıqlarını da ortaya qoyublar.
Maraqlı mübarizə və yüksək əhval-ruhiyyə ilə yadda qalan yarışın sonunda nəticələr müəyyənləşib. Triangle komandası I, Entropiya komandası II, Rübai komandası isə III yerə layiq görülüb.
Sonda qalib komandalar əldə etdikləri nəticələrə görə müxtəlif kitablar və hədiyyə kuponları ilə mükafatlandırılıblar.