Zəfər Həftəsi çərçivəsində maarifləndirici seminar keçirilib

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsi ilə İqtisadçı Vətənpərvərlər Təşkilatının birgə təşkilatçılığı ilə Zəfər Həftəsi layihəsi çərçivəsində tələbələr üçün maarifləndirici seminar keçirilib.
Seminarın məqsədi tələbələrin şəxsi inkişafına dəstək olmaq, onların bilik və bacarıqlarını artırmaq, eləcə də qarşıya qoyduqları məqsədlərə daha inamla irəliləmələrinə töhfə vermək olub.
İnteraktiv müzakirələr və fikir mübadiləsi şəraitində keçən seminarda tələbələr mövzu ilə bağlı yeni biliklər əldə edib, öz fikirlərini bölüşmək və onları maraqlandıran suallara cavab tapmaq imkanı qazanıblar.