Qavra Layihəsi üçün Könüllü SMM Menecer / Təcrübəçi Axtarırıq

İş & Xidmət · Tələbə işçi · Bakı · Azərbaycan Dövlət Aqrar Universiteti

Qavra Layihəsi üçün Könüllü SMM Menecer / Təcrübəçi Axtarırıq

Qavra platformasının sosial şəbəkələrdəki səsini gücləndirəcək, yaradıcı və dinamik könüllü SMM komanda yoldaşı axtarırıq.

Öhdəliklər:

• Sosial media hesabları üçün aylıq/həftəlik məzmun planının (kontent plan) hazırlanması

• Tələbələrə və gənclərə xitab edən kreativ post, reels və hekayə ideyalarının irəli sürülməsi

• İzləyici auditoriyası ilə qarşılıqlı əlaqənin saxlanılması

Tələblər:

• Sosial media trendlərini və alqoritmlərini izləmək həvəsi

• Yaxşı səviyyədə Azərbaycan dili qrammatikası və yazı bacarığı

• Həftəlik 6–10 saat sərbəst vaxt ayıra bilmək

Sizə qazandıracaqları:

• Real startup mühitində tətbiqi təcrübə və güclü portfolio

• Sərbəst/distant (remote) iş imkanı

• Uğurlu əməkdaşlıq sonunda tövsiyə məktubu və gələcəkdə əsas komandada yer alma fürsəti

Maraqlananlar elan vasitəsilə mesaj bölməsindən əlaqə saxlaya bilərlər.