Qavra Platforması üçün Könüllü UI/UX və Qrafik Dizayner Axtarırıq

İş & Xidmət · Tələbə işçi · Bakı · Azərbaycan Dövlət Aqrar Universiteti

Qavra Platforması üçün Könüllü UI/UX və Qrafik Dizayner Axtarırıq

Qavra layihəsinin həm platforma interfeysini, həm də vizual dünyasını birlikdə formalaşdıracaq yaradıcı və həvəsli könüllü Dizayner komanda yoldaşı axtarırıq!

Görüləcək İşlər:

• Qavra veb/mobil interfeysləri üçün yeni səhifə və komponentlərin dizaynı (Figma)

• İstifadəçi təcrübəsini (UX) asanlaşdıran və cəlbedici edən dizayn həllərinin irəli sürülməsi

• Sosial şəbəkələr və platforma daxili bannerlər üçün vizual kontentlərin hazırlanması

Tələblər:

• Figma və ya qrafik dizayn proqramları (Photoshop, Illustrator) ilə baza işləmə bacarığı

• Müasir dizayn trendlərinə, rəng harmoniyasına və tipoqrafiyaya maraq

• Tələbə yönümlü, gənc və dinamik dizayn üslubunu mənimsəmək həvəsi

• Həftəlik 6–10 saat distant vaxt ayıra bilmək

Sizə Nə Qazandıracaq?

• Real, canlı istifadəçiləri olan layihədə dizaynlarınızın tətbiq olunması və güclü portfolio (Behance/Dribbble)

• Məhsul meneceri və developerlərlə birgə real layihə mühitində işləmək təcrübəsi

• Fəaliyyət sonunda rəsmi tövsiyə məktubu (reference)

• Layihə böyüdükcə əsas və ödənişli komandada yer almaq fürsəti

Maraqlananlar varsa əvvəlki işlərindən nümunələr (portfolio, Figma və ya Behance linki) ilə birlikdə platforma üzərindən mesaj göndərə bilərlər.