Qavra Platforması üçün Könüllü Universitet Səfirləri Axtarırıq
İş & Xidmət · Tələbə işçi · Bakı · Azərbaycan Dövlət Aqrar Universiteti

Qavra tələbə şəbəkəsinin universitetlər üzrə tanıdılması və marketinq fəaliyyətlərinin idarə edilməsi üçün aktiv komanda yoldaşları axtarırıq. Bu rol, təhsil müddətində real layihə mühiti ilə tanış olmaq və təcrübə qazanmaq istəyən tələbələr üçün nəzərdə tutulmuşdur.
Görüləcək işlər:
• Qavra platformasının universitet daxilində və tələbə qruplarında tanıdılması.
• Universitet klubları və tələbə təşkilatları ilə ilkin əlaqələrin qurulması.
• Tələbələrin ehtiyaclarına uyğun olaraq (ev yoldaşı, iş, əşya satışı və s.) platformadan aktiv istifadəsini təşviq etmək.
• Layihənin inkişafı üçün marketinq və PR təkliflərinin irəli sürülməsi.
Tələblər:
• Universitet tələbəsi olmaq (kurs və ixtisas məhdudiyyəti yoxdur).
• Yaxşı ünsiyyət, təqdimat və inandırma bacarıqları.
• Həftəlik 5–8 saat sərbəst vaxt (tamamilə dərs qrafikinə uyğunlaşdırılır).
Təklif olunan üstünlüklər:
• Real marketinq, PR və kommunikasiya proseslərində tətbiqi təcrübə.
• Digər universitetlərin aktiv gənclərindən ibarət geniş şəbəkəyə (networking) daxil olmaq imkanı.
• Fəaliyyət müddətinin sonunda rəsmi tövsiyə məktubu və sertifikat.
• Layihənin gələcək inkişaf mərhələlərində əsas komandada yer almaq şansı.
Müraciət üçün oxuduğunuz universiteti qeyd edərək platforma daxili mesaj bölməsindən bizə yaza bilərsiniz.