Qavra üçün Könüllü Frontend Developer Axtarırıq

İş & Xidmət · Tələbə işçi · Bakı · Azərbaycan Dövlət Aqrar Universiteti

Qavra üçün Könüllü Frontend Developer Axtarırıq

Qavra tələbə şəbəkəsinin veb platformasını təkmilləşdirmək və yeni funksiyalar əlavə etmək üçün proqramlaşdırma sahəsində real təcrübə qazanmaq istəyən könüllü Frontend Developer axtarırıq.

Görüləcək İşlər:

• Yeni səhifələrin və komponentlərin hazırlanması

• Platformanın mobil və fərqli ekran ölçülərinə tam uyğunlaşdırılması (responsive dizayn)

• Veb saytın performansının və interfeys sürətinin yaxşılaşdırılmasına dəstək

Tələblər:

• HTML5, CSS3 və JavaScript üzrə təməl biliklər (müasir framework biliyi üstünlükdür)

• Təmiz kod yazmaq və yeni texnologiyaları öyrənmək həvəsi

• Git / GitHub ilə baza səviyyədə işləmək bacarığı

• Həftəlik 8–10 saat distant vaxt ayıra bilmək

Sizə Nə Qazandıracaq?

• Real, canlı istifadəçisi olan platformada işləyərək güclü GitHub portfolio qurmaq

• Komanda ilə birgə iş və kod rəyləri (code review) vasitəsilə sürətli inkişaf

• Fəaliyyət sonunda rəsmi tövsiyə məktubu (reference)

• Layihə böyüdükcə əsas və ödənişli komandada yer almaq fürsəti

Müraciət üçün layihələriniz və ya GitHub hesabınızla birlikdə platforma üzərindən mesaj yaza bilərsiniz.